Q-STP MMC olaraq, Azərbaycan Respublikasında hərbi geyimlər, rəsmi uniformalar, eləcə də əlaqədar ləvazimat və aksessuarların istehsalı və satışı sahəsində ixtisaslaşmış aparıcı şirkətlərdən biri kimi fəaliyyət göstəririk. Həm hərbi, həm də mülki istiqamətlərdə fəaliyyət göstərərək müxtəlif sahələr üzrə geniş məhsul və xidmət portfeli təqdim edirik. Fəaliyyətimizdə davamlı inkişafı və innovativ yanaşmanı əsas prinsip kimi rəhbər tuturuq. Müştərilərimizin tələbatlarını ətraflı şəkildə analiz edir, onların gözləntilərini yüksək keyfiyyət, dəqiqlik və etibarlı yanaşma ilə qarşılamağa çalışırıq. Q-STP olaraq, hər bir məhsulumuzda beynəlxalq standartlara uyğunluq, funksionallıq və uzunömürlülüyü əsas prioritet hesab edirik.
Q-STP fəaliyyətə başlayaraq uniform və xüsusi təyinatlı geyimlərin istehsalı sahəsində ilk addımlarını atdı. İlkin istehsal prosesi quruldu və müasir istehsal imkanlarına malik fabrikin tikintisinə başlanıldı.
İstehsal istiqamətində ilk addımlar atıldı, peşəkar istehsal avadanlıqlarının satın alınması və quraşdırılması həyata keçirildi. İlkin istehsal proseslərinin qurulmasına başlanıldı.
İstehsal tam güclə fəaliyyətə başladı, istehsal prosesləri təkmilləşdirildi və keyfiyyətə nəzarət mexanizmləri gücləndirildi. Məhsulların müəyyən edilmiş keyfiyyət tələblərinə və beynəlxalq standartlara uyğun istehsalı təmin olundu.
Şirkətin fəaliyyət miqyası genişləndirildi, komanda böyüdü və korporativ struktur təkmilləşdirildi. Daxili proseslər sistemləşdirildi və idarəetmə mexanizmləri gücləndirildi. Eyni zamanda, mülki geyim istiqamətində istehsal və satış fəaliyyətinə başlanıldı.

İstehsal etdiyimiz məhsulların strateji əhəmiyyətini anlayır, onların dəqiqliyi, işimizə və nəticələrinə tam sahibliyi qəbul edərək məsuliyyət daşıyırıq. Biz öz vəzifələrimizi ciddi yerinə yetirir və Cəmiyyətin uğuru üçün şəxsi məsuliyyət daşıyırıq. Məsuliyyətli davranış, həm də komandamızın etibarını və Cəmiyyətin nüfuzunu qorumaq deməkdir.
Bizim üçün keyfiyyət, yalnız məhsulun texniki göstəricilərinə deyil, həm də onun istifadəçiyə verdiyi güvənə və rahatlığa yönəlmiş bir dəyərdir. İstehsal prosesinin hər mərhələsində yüksək standartlara riayət etmək, ən yaxşı materialları seçmək və hər detalı diqqətlə işləmək bizim əsas prioritetimizdir. Keyfiyyət, həm müştərilərimizə verdiyimiz sözün, həm də işimizə göstərdiyimiz hörmətin göstəricisidir. Biz inanırıq ki, davamlı inkişaf və mükəmməlliyə can atmaq, keyfiyyət anlayışımızın ayrılmaz hissəsidir.
Müxtəlif struktur bölmələr və işçilər arasında, o cümlədən, Cəmiyyətin təchizatçıları və sifarişçiləri ilə səmərəli və qarşılıqlı faydalı əlaqələrin qurulmasıdır. Biz açıq kommunikasiya və qarşılıqlı dəstəyi təşviq edir, problemləri birlikdə həll edirik. Bu, Cəmiyyətin ümumi məqsədlərinə çatmaq üçün əsasdır. Biz uğurlarımızı əməkdaşlarımız və tərəfdaşlarımızla birlikdə əldə edirik və əməkdaşlığımız qarşılıqlı hörmət və dəstək üzərində qurulur.
Müxtəlif növ geyimlərin və sifarişlərə uyğun modellərin qısa müddətdə hazırlanması mümkündür.
Yalnız sertifikatlaşdırılmış və etibarlı təzhizatçılardan yüksək keyfiyyətli xammal və parçalardan istifadə edilir
Fabrik müasir və avtomatlaşdırılmış istehsal xətləri ilə təchiz olunub, bu da məhsuldarlığı və dəqiqliyi artırır.
Təcrübəli və ixtisaslı əməkdaşlar yüksək keyfiyyətli istehsalı təmin edir.
Xammal və materialların vaxtında və yüksək keyfiyyətlə təmin edilməsini təmin edir.
İstehsalatın hər mərhələsində çoxmərhələli keyfiyyətə nəzarət sistemi tətbiq olunur.