Fabrikdə istehsal prosesi Almaniyanın «Bullmer», Yaponiyanın «Juki», Türkiyənin «LGM» kimi dünyada tanınmış şirkətlərin istehsalı olan ən müasir və yüksək dəqiqlikli avadanlıqların dəstəyi ilə həyata keçirilir. Bu texnoloji üstünlüklər sayəsində məhsullar həm keyfiyyət, həm də səmərəlilik baxımından beynəlxalq standartlara tam cavab verir.





















Müştərinin tələblərinə uyğun dizayn hazırlanır, material seçimi və texniki həllər üzrə peşəkar dəstək göstərilir.
Peşəkar komandamız tərəfindən dəqiq ölçülər götürülür və məhsulun müştəriyə ideal uyğunluğu təmin edilir.
Təsdiqlənmiş dizayn əsasında nümunə (prototip) hazırlanır. Təsdiq prosesindən sonra kütləvi istehsala keçid həyata keçirilir.
Təsdiqlənmiş prototip əsasında müəyyən edilmiş keyfiyyət standartlarına uyğun kütləvi istehsal həyata keçirilir.