Ana Səhifə
Haqqımızda
İstehsalat
Məhsullar
Karyera
Xəbərlər
Əlaqə
AZ
EN
RU
MENU
Ana Səhifə
Haqqımızda
İstehsalat
Məhsullar
Karyera
Xəbərlər
Əlaqə
AZ
EN
RU
Yüklənir...
XƏBƏRLƏR
İstehsalatımızda yeniliklər, layihələr və əməkdaşlıqlar haqqında ən son məlumatlar
HAMISI
LAYİHƏLƏR
SƏRGİLƏR
ŞİRKƏT XƏBƏRLƏRİ
Q-STP ADEX 2026 sərgisində iştirak edib
ADEX 2026 – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi
SƏRGİLƏR
Q-STP ADEX 2026 sərgisində iştirak edib
Q-STP 30 sentyabr – 2 oktyabr tarixlərində Bakıda keçirilən ADEX 2026 – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində Vector Şirkətlər Qrupu ilə birlikdə təmsil olunub. Sərgi çərçivəsində şirkət istehsal imkanlarını və məhsullarını təqdim edib, yerli və beynəlxalq tərəfdaşlarla görüşlər keçirərək yeni əməkdaşlıq imkanlarını müzakirə edib.
Ətraflı oxu
Q-STP-də Develor ilə liderlik təlimi keçirildi
Q-STP-də rəhbər heyətin liderlik və idarəetmə bacarıqlarının inkişaf etdirilməsi məqsədilə Develor şirkəti ilə əməkdaşlıq çərçivəsində liderlik təlimi təşkil olunub.
LAYİHƏLƏR
Q-STP-də Develor ilə liderlik təlimi keçirildi
Q-STP-də rəhbər heyətin liderlik və idarəetmə bacarıqlarının inkişaf etdirilməsi məqsədilə Develor şirkəti ilə əməkdaşlıq çərçivəsində liderlik təlimi təşkil olunub. Təlim zamanı müasir liderlik yanaşmaları, effektiv komanda idarəetməsi, düzgün kommunikasiya, əməkdaşların motivasiyası və liderlərin komandanın inkişafındakı rolu kimi mövzulara toxunulub. Praktiki yanaşmalar və interaktiv müzakirələr vasitəsilə iştirakçılar gündəlik idarəetmə proseslərində qarşılaşdıqları situasiyalar üzərində fikir mübadiləsi aparıblar. Təlim proqramı iştirakçılara liderlik bacarıqlarını daha da inkişaf etdirmək, komandalar daxilində effektiv əməkdaşlığı gücləndirmək və dəyişən iş mühitində daha çevik idarəetmə yanaşmaları formalaşdırmaq üçün yeni baxış və alətlər təqdim edib. Q-STP olaraq əməkdaşlarımızın peşəkar inkişafına və davamlı öyrənmə mədəniyyətinin formalaşdırılmasına xüsusi önəm veririk. İnanırıq ki, güclü liderlik, effektiv kommunikasiya və komanda əməkdaşlığı şirkətin davamlı inkişafına və qarşıya qoyulan hədəflərə çatmasına mühüm töhfə verir. Bu istiqamətdə əməkdaşlarımızın bilik və bacarıqlarının inkişafına yönəlmiş təlim və inkişaf təşəbbüslərini davam etdirməyi hədəfləyirik.
Ətraflı oxu
STF-də Zəfər Gününün 5-ci ildönümü qeyd olundu
8 Noyabr – Zəfər Gününün 5-ci ildönümü münasibətilə tədbir keçirilib.
ŞİRKƏT XƏBƏRLƏRİ
STF-də Zəfər Gününün 5-ci ildönümü qeyd olundu
8 Noyabr – Zəfər Gününün 5-ci ildönümü münasibətilə tədbir keçirilib. Sumqayıt Tekstil Fabrikində (STF) 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümü münasibətilə tədbir keçirilib. Əlamətdar gün fabrikin əməkdaşlarının iştirakı ilə birlik və yüksək komanda ruhu şəraitində qeyd olunub. Tədbir zamanı Azərbaycanın qazandığı tarixi Zəfərin əhəmiyyəti vurğulanıb, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib. Zəfərin 5-ci ildönümünə həsr olunmuş tədbir STF kollektivini bir araya gətirərək qürur və həmrəylik hisslərini bir daha yaşadıb. Fabrikin müxtəlif struktur və istehsal sahələrində çalışan əməkdaşlar bu əlamətdar günü birlikdə qeyd ediblər. Q-STP olaraq inanırıq ki, birlik, məsuliyyət və əməkdaşlıq bizi daha güclü edən dəyərlərdir. Zəfər Gününün 5-ci ildönümü münasibətilə bütün xalqımızı təbrik edir, ölkəmizə daim sülh, inkişaf və yeni uğurlar arzulayırıq. Zəfər Günümüz mübarək!
Ətraflı oxu
STF-də Yeni il bayramı qeyd olundu
Sumqayıt Tekstil Fabrikində (STF) Yeni il münasibətilə bayram tədbiri keçirilib.
ŞİRKƏT XƏBƏRLƏRİ
Sumqayıt Tekstil Fabrikində (STF) Yeni il münasibətilə bayram tədbiri keçirilib.
Tədbir fabrikin əməkdaşlarını bir araya gətirərək səmimi və xoş bayram ab-havası yaradıb. Müxtəlif struktur və istehsal sahələrində çalışan əməkdaşlar birlikdə ilin yekununu qeyd edib, yeni ili yüksək əhval-ruhiyyə və müsbət enerji ilə qarşılayıblar. Bayram tədbiri həm də il ərzində görülən işlərə, əldə olunan nəticələrə və komandanın birgə əməyinə nəzər salmaq üçün gözəl fürsət olub. STF-nin inkişafında əməyi olan hər bir əməkdaşın töhfəsi və komanda ruhunun əhəmiyyəti xüsusi vurğulanıb. Q-STP olaraq inanırıq ki, uğurlarımızın arxasında əməkdaşlarımızın peşəkarlığı, məsuliyyəti və birgə əməyi dayanır. Yeni ildə də eyni birlik və komanda ruhu ilə yeni hədəflərə doğru irəliləməyi arzulayırıq. Bütün əməkdaşlarımızı və tərəfdaşlarımızı Yeni il münasibətilə təbrik edir, hər kəsə sağlamlıq, rifah, yeni nailiyyətlər və uğurlu bir il arzulayırıq. Yeni iliniz mübarək!
Ətraflı oxu
Ağacəkmə aksiyası keçirildi
Sumqayıt Tekstil Fabrikində (STF) ətraf mühitin qorunmasına və yaşıllıq sahələrinin artırılmasına töhfə vermək məqsədilə ağacəkmə aksiyası təşkil olunub.
LAYİHƏLƏR
Ağacəkmə aksiyası keçirildi
Sumqayıt Tekstil Fabrikində (STF) ətraf mühitin qorunmasına və yaşıllıq sahələrinin artırılmasına töhfə vermək məqsədilə ağacəkmə aksiyası təşkil olunub. Aksiya çərçivəsində fabrikin ərazisində müxtəlif ağac tingləri əkilib, yaşıllıq sahələrinin genişləndirilməsi və ərazinin abadlaşdırılması istiqamətində işlər həyata keçirilib. STF əməkdaşları aksiyada fəal iştirak edərək ağacların əkilməsi və ətraf ərazinin yaşıllaşdırılmasına öz töhfələrini veriblər. Təşəbbüs yalnız ətraf mühitin qorunmasına deyil, eyni zamanda əməkdaşlar arasında birlik və komanda ruhunun gücləndirilməsinə xidmət edib. Müxtəlif struktur və istehsal sahələrində çalışan əməkdaşların birgə iştirakı ilə keçirilən aksiya ekoloji məsuliyyətin hər birimizin gündəlik fəaliyyətinin ayrılmaz hissəsi olduğunu bir daha nümayiş etdirib. Q-STP olaraq dayanıqlı inkişaf prinsiplərinə, ətraf mühitə məsuliyyətli yanaşmaya və gələcək nəsillər üçün daha yaşıl mühitin formalaşdırılmasına önəm veririk. Bu istiqamətdə həyata keçirilən təşəbbüslərlə ekoloji dəyərlərin təşviqinə və daha sağlam ətraf mühitin yaradılmasına töhfə verməyə davam edəcəyik. Bu gün əkilən hər bir ağac daha yaşıl gələcəyə atılan addımdır.
Ətraflı oxu