Tədbir fabrikin əməkdaşlarını bir araya gətirərək səmimi və xoş bayram ab-havası yaradıb. Müxtəlif struktur və istehsal sahələrində çalışan əməkdaşlar birlikdə ilin yekununu qeyd edib, yeni ili yüksək əhval-ruhiyyə və müsbət enerji ilə qarşılayıblar.
Bayram tədbiri həm də il ərzində görülən işlərə, əldə olunan nəticələrə və komandanın birgə əməyinə nəzər salmaq üçün gözəl fürsət olub. STF-nin inkişafında əməyi olan hər bir əməkdaşın töhfəsi və komanda ruhunun əhəmiyyəti xüsusi vurğulanıb.
Q-STP olaraq inanırıq ki, uğurlarımızın arxasında əməkdaşlarımızın peşəkarlığı, məsuliyyəti və birgə əməyi dayanır. Yeni ildə də eyni birlik və komanda ruhu ilə yeni hədəflərə doğru irəliləməyi arzulayırıq.
Bütün əməkdaşlarımızı və tərəfdaşlarımızı Yeni il münasibətilə təbrik edir, hər kəsə sağlamlıq, rifah, yeni nailiyyətlər və uğurlu bir il arzulayırıq.
Yeni iliniz mübarək!
