
Q-STP olaraq işçilərin bilik və bacarıqlarının artırılması, ixtisas və peşəkar davranış səriştələrinin inkişaf etdirilməsi, davamlı öyrənmənin təmin olunması prioritetlərimizdən biridir. Biz inanırıq ki, uğurun sirri yüksək ixtisasa malik, bilik və bacarıqlı, kompetensiyalı işçilərin şirkətə qatdığı töhfələrdən ibarətdir. Bu baxımdan işçilərin potensiallarının aşkarlanması və onların inkişaf etdirilməsi hər zaman göz önündə saxlanılır. 2025-ci il ərzində tekstil sahəsində heç bir təcrübəsi olmayan 155 nəfər şəxsə bu sahə öyrədilib, 95 nəfər işçiyə öz sahələri ilə yanaşı yeni sahə öyrədilib. Burada nəinki bilik və bacarıqlar inkişaf etdirilir, eyni zamanda gələcəyin liderləri yetişdirilir. 2025-ci il ərzində 21 nəfər əməkdaş kiçik və orta xətt rəhbəri kimi inkişaf etdirilib. 2026-cı ildə müxtəlif vəzifələr üzrə ixtisas təlimləri, layihələrin idarə edilməsi üzrə təlimlər, o cümlədən liderlik və komanda idarəetmə təlimləri keçirilmişdir. Təlimlərlə yanaşı işçilərin beynəlxalq sertifikasiyası və kvalifikasiyası da təşviq edilir. 2026-cı il ərzində 2 nəfər işçi beynəlxalq sertfikasiya proqramını bitirmiş və sertifikat əldə etmişdir.
Mühasibat uçotu əməliyyatlarının və maliyyə sənədlərinin düzgün aparılmasına nəzarət və dəstək
Məhsulların müəyyən edilmiş keyfiyyət və texnoloji tələblərə uyğun tikilməsi
Yaranmış vakansiyalar vakant vəzifənin kateqoriyasına uyğun olaraq əsas hədəf kütləsinə çatması üçün rəsmi saytımızda, iş elanı saytlarında, sosial şəbəkələrdə və daxili resurslarda elan edilir.
Yaranmış vakansiya tələblərinə uyğun namizədlər müraciətlərini rəsmi saytımıza, işə qəbul üzrə istiqamətləndirilmiş e-mail adresimizə (hr@qstp.com.az) göndərə bilərlər, eyni zamanda şirkətimizin yerləşdiyi ofisin və ya fabrikin inzibati binasına yaxınlaşaraq CV şablonlarını doldurub təqdim edə bilərlər.
Peşəkar işə qəbul komandamız tərəfindən daxil olan bütün müraciətlər analiz edilir, vəzifə tələblərinə uyğun namizədlərin müraciətləri ilkin siyahıya əlavə edilir
Növbəti mərhələdə namizədlərə praktiki tapşırıqlar verilir və namizədin həmin tapşırığı yerinə yetirmə bacarığı, işi mənimsəmə bacarığı sahə üzrə ekspertlər tərəfindən qiymətləndirilir.
Müsbət qiymət almış namizədlər müvafiq struktur bölmə rəhbəri və İnsan resursları üzrə məsul şəxsin iştirakı ilə müsahibə edilir. Müsahibədə namizədin iş təcrübəsi, əmək fəaliyyəti, əmək funksiyaları, sahə üzrə bilik və bacarıqları və sahə üzrə yumşaq bacarıqlarına dair suallar verilir və namizədin verdiyi cavablar qiymətləndirilir.
Bütün mərhələlərdən uğurla keçmiş namizədlərə iş təklif edilir və əmək şəraitinin şərtləri ətraflı şəkildə izah edilir. İş təklifini qəbul etmiş namizəd işə qəbul edilir.
Cəmiyyətdə işə qəbul prosesi Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən həyata keçirilir. İşçilərlə əmək müqaviləsi bağlanılır.
İşə qəbul edilən bütün işçilərə adaptasiya təlimləri keçirilir, daxili qaydalar və prosedurlar ətraflı şəkildə izah edilir.



Təcrübəli və peşəkar əməkdaşlardan ibarət komandamızda bilik və təcrübə mübadiləsi davamlı inkişafı dəstəkləyir
Daim dəyişən və inkişaf edən iş mühitimiz əməkdaşlara yeni çağırışlar, fərqli təcrübələr və öz potensialını reallaşdırmaq imkanları yaradır
Əməkhaqqı siyasətimiz bazar şərtləri və əməkdaşların peşəkar töhfəsi nəzərə alınmaqla formalaşdırılır
Yeni ideya və təşəbbüslərin dəyərləndirildiyi mühitdə əməkdaşlarımız öz təklifləri ilə inkişaf prosesinə birbaşa töhfə verə bilirlər
Əməkdaşlarımızın potensialını üzə çıxarmaq üçün inkişaf imkanları və karyera yüksəlişini dəstəkləyən yanaşmalar tətbiq edirik
Nəticə və töhfələri nəzərə alan bonuslar və əlavə imtiyazlarla əməkdaşlarımızın əməyini dəyərləndiririk