8 Noyabr – Zəfər Gününün 5-ci ildönümü münasibətilə tədbir keçirilib.
Sumqayıt Tekstil Fabrikində (STF) 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümü münasibətilə tədbir keçirilib.
Əlamətdar gün fabrikin əməkdaşlarının iştirakı ilə birlik və yüksək komanda ruhu şəraitində qeyd olunub. Tədbir zamanı Azərbaycanın qazandığı tarixi Zəfərin əhəmiyyəti vurğulanıb, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Zəfərin 5-ci ildönümünə həsr olunmuş tədbir STF kollektivini bir araya gətirərək qürur və həmrəylik hisslərini bir daha yaşadıb. Fabrikin müxtəlif struktur və istehsal sahələrində çalışan əməkdaşlar bu əlamətdar günü birlikdə qeyd ediblər.
Q-STP olaraq inanırıq ki, birlik, məsuliyyət və əməkdaşlıq bizi daha güclü edən dəyərlərdir. Zəfər Gününün 5-ci ildönümü münasibətilə bütün xalqımızı təbrik edir, ölkəmizə daim sülh, inkişaf və yeni uğurlar arzulayırıq.
Zəfər Günümüz mübarək!
