Q-STP-də rəhbər heyətin liderlik və idarəetmə bacarıqlarının inkişaf etdirilməsi məqsədilə Develor şirkəti ilə əməkdaşlıq çərçivəsində liderlik təlimi təşkil olunub.
Təlim zamanı müasir liderlik yanaşmaları, effektiv komanda idarəetməsi, düzgün kommunikasiya, əməkdaşların motivasiyası və liderlərin komandanın inkişafındakı rolu kimi mövzulara toxunulub. Praktiki yanaşmalar və interaktiv müzakirələr vasitəsilə iştirakçılar gündəlik idarəetmə proseslərində qarşılaşdıqları situasiyalar üzərində fikir mübadiləsi aparıblar.
Təlim proqramı iştirakçılara liderlik bacarıqlarını daha da inkişaf etdirmək, komandalar daxilində effektiv əməkdaşlığı gücləndirmək və dəyişən iş mühitində daha çevik idarəetmə yanaşmaları formalaşdırmaq üçün yeni baxış və alətlər təqdim edib.
Q-STP olaraq əməkdaşlarımızın peşəkar inkişafına və davamlı öyrənmə mədəniyyətinin formalaşdırılmasına xüsusi önəm veririk. İnanırıq ki, güclü liderlik, effektiv kommunikasiya və komanda əməkdaşlığı şirkətin davamlı inkişafına və qarşıya qoyulan hədəflərə çatmasına mühüm töhfə verir.
Bu istiqamətdə əməkdaşlarımızın bilik və bacarıqlarının inkişafına yönəlmiş təlim və inkişaf təşəbbüslərini davam etdirməyi hədəfləyirik.
